Gələn ay günəş tutulması müşahidə ediləcək

0
215

İyulun 2-də günəşin növbəti tutulması baş verəcək.

Terefsiz.az bildirir ki, ekspertlər hansı ölkələrin sakinlərinin bu təbiət hadisəsini daha yaxşı müşahidə edəcəyini açıqlayıblar. Məlum olub ki, daha çox Cənubi-Şərqi Sakit okean hövzəsi, Çili və Argentinada sakinləri günəş tutulmasını daha yaxşı müşahidə edə biləcəklər.

Moskva planetariyasından verilən məlumata əsasən, günəş tutulmasının maksimal fazası Bakı vaxtı ilə 23:23 radələrində müşahidə ediləcək. Faza 4 dəqiqə 33 saniyə davam edəcək.

Eyni zamanda bildirilir ki, 26 dekabr, 6 yanvar tarixlərində günəş tutulması, 21 yanvar və 17 iyul tarixində ay tutulması baş verəcək.

İstinad: Ölkə.az

Terefsiz.az