İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin bəzi sakinləri etiraz aksiyası keçirib.
“Terefsiz.az” AzadlıqRadiosuna istinadən bildirir ki, onlar ərazidəki qızıl mədəninin fəaliyyəti nəticəsində su hövzəsinin yaranması ilə bağlı etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçılarının sözlərinə görə, su hövzəsində zəhərli maddələr toplanır. Onlar əlavə ediblər ki, artıq ərazidə ikinci belə su hövzəsi yaradılır.
Yerli sakinlərin vurğulamasına görə, polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb. Bəzi sakinlərin xəsarət aldığı, saxlandığı deyilir.
DİN-dən deyilənlər:
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Turan”a bildiriblər ki, iyunun 20-də günorta Gədəbəy rayonu Söyüdlü kəndinin bir qrup sakini süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
“Polis əməkdaşlarının qanuna əməl etməyən şəxslərlə profilaktik söhbətindən sonra onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulayıblar.
Amma nazirlikdən xəsarət alan və saxlananların olması ilə bağlı deyilənlərə, hələ ki, münasibət bildirilməyib.
Məsələyə, hələlik, başqa aidiyyatı və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
“Terefsiz.az” xəbər verir ki, “HamamTimes”-ın paylaşdığı məlumatda: