Azərbaycanda iyunun 1-dən tibb sahəsində hansı ixtisaslar üzrə maaşların artırılacağı məlum olub.
TEREFSİZ.AZ saytı xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Bu da 8 minə yaxın həkimə şamil olunacaq. Maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.
Belə ki, 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək.
Həkim – allerqoloq | Həkim – psixiatr |
Həkim – dermatoveneroloq | Həkim – oftalmoloq |
Həkim – endokrinoloq | Müalicəvi bədən tərbiyəsi üzrə həkim |
Həkim – fizioterapevt | Həkim – pulmonoloq |
Həkim – infeksionist | Həkim – revmotoloq |
Həkim – kardioloq | Həkim – terapevt |
Həkim – narkoloq | Həkim – toksikoloq |
Həkim – nevroloq | Həkim – travmatoloq – ortoped |
Həkim – pediatr |
14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək.
Həkim – nefroloq | Həkim – epidemioloq |
Həkim – ftiziatr | Həkim – hematoloq |
Həkim – neonatoloq | Həkim – diyetoloq |
Həkim – genetik | Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis |
Həkim – laborant | Psixoloq |
Həkim – metodist | Loqoped |
Həkim – mikrobioloq | Həkim – statistik |