Çində bir gənc qız keçmiş sevgilisinin toyuna gəlinliklə gəlib. Bəyin ayaqlarına qapanaraq bağışlanmağı arzulayan qızın çarəsiz halları toy operatoru tərəfindən anbaan qeydə alınıb.
Terefsiz.az xəbər verir ki, bəyin gəlini öpdüyü zaman səhnəyə bir anda gəlinlikdə başqa qız çıxıb. Görüntülərdə keçmiş sevgilisinin bəyin ayaqlarına qapanaraq “mənim səhvim idi” deyə yalvardığı,gəlinin isə olub bitəni çaşqın baxışlarla izlədiyi görülüb.
Daha sonra bəy əsəbiləşərək keçmiş sevgilisini özündən uzaqlaşdırmağa çalışıb, ancaq buna nail ola bilmədiyini gördükdən sonra gəlinlə birlikdə səhnəni tərk edib. Bu zaman gənc qızın göz yaşları içində ağladığı anlar kameralara əks olunub.
Link aşağıdadır:
Terefsiz.az