Gəncədə 8 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Terefsiz.az Oxu.Az-ın bölgə müxbiri xəbərinə istinadən bildirir ki, Samux rayonunun Lək kəndində yaşayan Mustafalı Aytən Temurxan qızı Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında dünyasını dəyişib.
Hələlik 2011-ci il təvəllüdlü M.Aytənin hansı səbəbdən həyatını itirdiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər prokurorluqunda araşdırma aparılır.
istinad:oxu.az