Gəncədə gənclərdən ibarət cinayətkar dəstə ələ keçdi – FOTO

0
175

Gəncədə evlərdən birindən 2000 ABŞ dolları nağd pul, ümumi dəyəri 3000 manat olan iki ədəd qızıl saat, ümumi dəyəri 700 manat olan iki ədəd mobil telefon və 500 manat dəyərində bəzək əşyaları oğurlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gedib, müvafiq tədbirlər həyata keçiriblər.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş, 18 yaşlı Mahir Tağıyev, 23 yaşlı Xəlil Qarayev və 20 yaşlı Mayıl Həsənov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları əşyaları satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Terefsiz.az