Gəncədə kollecdə yanğın olub,14 nəfər zəhərlənib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində yanğın ilkin araşdırmaya görə, qısaqapanma nəticəsində baş verib.
Zəhərlənən şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu gün daha əvvəl Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında da yanğın baş verib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.