Gəncədə sərt karantin qaydalarını pozan çörək sexi aşkarlandı -FOTOLAR

0
214

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejiminin olmasına baxmayaraq şəhərin Nizami rayonunda çörək sexi fəaliyyətə başlayıb.

Qaynainfo-nun verdiyi məlumata görə, polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandırıb.

Obyekt sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görüb.

Xatırladaq ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib.