Rusiyanın Sankt-Peterburq şəhərində silahla atəş açan təqaüdçü döyülüb.
“Telekanal78”in xəbərinə görə, bir neçə gənc yaşayış binasının girişində içki məclisi təşkil ediblər.
Bundan narahat olan 62 yaşlı bina sakini onlara silahla atəş açıb.
Güllə gənclərdən birinin əlinə dəyib. Bu zaman digər şəxslər yaşlı kişini döyüblər.
Nəticədə, iki nəfər xəsarət alıb. Hadisənin təfərrüatı araşdırılır.
istinad:oxu.az