G7 ölkələrinin XİN rəhbərləri: “İranın sabitliyi pozan fəaliyyətini şiddətlə qınayırıq”

0
72

“Biz İranın Yaxın Şərqdə və onun ətrafında sabitliyi pozan fəaliyyətini şiddətlə qınayırıq. Bura İranın ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları ilə fəaliyyəti və bu cür qabaqcıl silahların dövlətlərə və qeyri-dövlət subyektlərinə təhvil verilməsi daxildir”.

“Terefsiz.az” xəbər verir ki, bu sözlər G7 ölkələrinin xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda yer alıb.

Nazirlər həmçinin Tehranı “Nüvə silahının yayılmaması haqqında” müqaviləsinin təminatlarına dair saziş çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə qeyri-kafi əməkdaşlıqda günahlandıraraq, İranın nüvə silahı istehsalının qarşısını alacaqlarına söz veriblər.

G7-nin xarici işlər nazirliklərinin rəhbərləri hesab edirlər ki, Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün lazımi şərtləri yerinə yetirməyib. Bundan əlavə, onlar 2020-ci ilin yanvarında Ukrayna Beynəlxalq Hava Yollarına (UİA) məxsus Boeing 737-800 təyyarəsinin vurulmasına görə İranı məsuliyyətə cəlb etmək niyyətindədirlər.

Eyni zamanda, xarici işlər nazirləri İran hakimiyyətini həbs edilmiş etirazçıları azad etməyə çağırıb və Tehranın ikili vətəndaşlığı olan şəxsləri və xarici vətəndaşları saxlamasını pisləyib.

terefsiz.az