“G7” və Avstraliya Rusiyadan gələn neft məhsulları üçün qiymət hədləri barədə razılığa gəliblər

0
151

“G7” ölkələri və Avstraliya Rusiya neft məhsullarına qiymət həddinin tətbiqi ilə ortaq məxrəcə gəliblər. Neftdən yüksək qiymətlə satılan məhsullar üçün o, bir barel üçün 100 dollar, xammala nisbətdə endirimlə satılan neft məhsulları üçün 45 dollar səviyyəsində. müəyyən ediləcək.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında dərc edilmiş birgə məlumatda deyilib.

“Bugünkü elan koalisiyanın aylarla davam etdirdiyi səylərin kulminasiya nöqtəsidir və mən bu nəticənin əldə edilməsində tərəfdaşlarımızın gərgin əməyini alqışlayıram”, – maliyyə naziri Cenet Yellen açıqlamasında bildirib.

ABŞ Maliyyə Nazirliyinin qənaətincə, məhdudiyyət Rusiya neftinin dünya bazarlarına endirimlə çıxmasına səbəb olacaq. Bununla birgə, məhdudiyyət təchizatın pozulmasından qorumalıdır. Koalisiya sanksiyaların aşağı və orta gəlirli ölkələrin xeyrinə olacağına inanır. Əngəllərin məqsədi Ukraynada döyüşlərinə aparılmasına ayrılan Rusiyanın gəlirlərinin məhdudlaşdırılmasıdır.

Qeyd edək ki, “Yeddilik Qrupu”na Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir. Qrup əvvəllər Rusiyadan neft və neft məhsullarının qiymətlərini məhdudlaşdırmaq üçün Avropa İttifaqı və Avstraliya ilə birlikdə koalisiya yaratmışdı.

terefsiz.az