Galatasaray ciddi itki ilə üzləşib.
TEREFSİZ.AZ saytı xəbər verir ki, “sarı-qırmızılar”ın yarımmüdafiəçisi Sofyan Fequli zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqanın 21-ci turu çərçivəsində Yeni Malatyaspor-la keçirilən səfər matçında (1:0) zədələnən Fequli, 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
31 yaşlı futbolçu bu mövsüm Super Liqada 14 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
TEREFSİZ.AZ