Genetik: Koronavirus özünü çox qeyri-adi aparır

0
123

Dünyanın yarısını karantində qalmağa məcbur edən yeni koronavirusun mənşəyi hələ də məlum deyil.

“Gazeta.ru” xəbər verir ki, bunu çexiyalı genetik və virusoloq Sonya Pekova qeyd edib.

“Bu virus özünü qeyri-adi aparır. Əlbəttə ki dünyada insana yoluxan müəyyən sayda virus var. Adətən simptomlar əsasında biz insanın hansı virusa yoluxduğunu təsbit edə bilirik. Məsələn, bir növ virus diareya ilə müşahidə edilir, digəri səpki ilə və sair. Lakin koronavirus bunların heç birinə bənzəmir. Sanki bu yeni bir xəstəlik növüdür”, – deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, bu çox müəmmalı məqamdır.

istinad:oxu.az