Gerye və Mustivar üçün 90 dəqiqə

0
153

Haiti yığması KONKAKAF Milli Liqasında növbəti oyununa çıxıb.

Terefsiz.az xəbər verir ki, “Neftçi”nin futbolçuları Donald Gerye və Soni Mustivarın formasını geyindiyi komanda Kosta Rika ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Gerye və Mustivar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hər iki oyunçu sona qədər meydanda qalıb.

Qeyd edək ki, Haiti yığması KONKAKAF-da yer aldığı D qrupunda 3 oyuna 2 xal qazanıb və 2-ci sıradadır.