Google şirkəti ilk dəfə olaraq Fuchsia adlı yeni əməliyyat sistemindən danışdı

0
281

Google şirkəti ilk dəfə olaraq Fuchsia adlı yeni əməliyyat sistemindən danışdı

Tərtibatçılar üçün keçirilmiş Google I/O 2019 konfransı çərçivəsində Android və Chrome OS əməliyyat sistemləri şöbəsinin rəhbəri Hiroshi Lockheimer jurnalistlərlə danışmış və həmin danışıqlar zamanı şirkətin Fuchsia adlı yeni əməliyyat sistemi barəsində məlumatlar vermişdir. Bu barədə The Vergesaytına istinadən Gagadget saytı xəbər verib. Google şirkətinin yeni əməliyyat sistemi üzərində çalışması barəsində məlumatlar müəyyən vaxtlarda ortaya çıxırdı. Lakin buna baxmayaraq şirkət bu barədə heç bir rəsmi məlumat vermirdi.Sözügedən layihə barəsində olan yeganə məlumat ondan ibarətdir ki, Fuchsia açıq kod mənbəlidir və Android-in Linux nüvəsi əsasında çalışmasından fərqli olaraq Fuchsia əməliyyat sistemi şirkətin özünün hazırladığı Zircon adlı nüvəsi əsasında çalışır. Jurnalistlərlə danışıqlar zamanı Hiroshi Lockheimer bildirib ki, bu, təcrübi əməliyyat sistemidir və o, Android ilə Chrome OS əməliyyat sistemlərini əvəzləmək niyyəti ilə hazırlanmır. Yeni əməliyyat sistemi sadəcə olaraq digər formatda olan cihazlar ilə çalışmaq üçün nəzərdə tutulur.

“Biz bilirik ki, bir çoxlarını narahat edən fakt ondan ibarətdir ki, bu, yeni Chrome OS ilə Android olacaq. Lakin Fuchsia bu məqsədlə yaradılmır. Fuchsia adlı təcrübi əməliyyat sistemi ağıllı ev cihazları, daşınıla bilən cihazlar və hətta artırılmış və virtual reallıq cihazları ilə çalışmaq məqsədi ilə yaradılır. Hal hazırda Android əməliyyat sistemi smartfonlarda, tətbiqlər isə Chrome OS əməliyyat sistemli cihazlarda yaxşı çalışırlar. Fuchsia isə digər formatlı cihazlar üçün optimizasiya edilə bilər” – deyə Hiroshi Lockheimer bildirib.

Terefsiz.az