” Google translate “ın maşın tərcüməsindən istifadə ” Wikipedia “ya ziyan vurur

0
864
 “Vikipedia”-nın yaranma məqsədi bilikləri hər kəs üçün açıq etməkdir. Lakin materialların böyük hissəsi yalnız ingiliscə paylaşılır. Hazırda ingilis-dilli “Vikipedia” 5.5 mliyon məqaləsi ilə ən nəhəng nəşr hesab olunur. 301 məhşur nəşrlərdən yalnız 15 nəşr məqalə sayının 1 milyonu keçməsi ilə övünə bilər. Amma onların keyfiyyəti o qədər də yaxşı deyil. Bəzi materialları isə ümumiyyətlə tapmaq olmur. “Vikipedia”-da bunun səbəbinin maşın tərcüməsində olduğunu deyirlər.
Bu ilin yanvar ayında Wikimedia Foundation qeyri kommersiya təşkilatı Google şirkəti ilə razılaşma imzaladır. Razılaşmaya əsasən Google Vikipediya Google Translate tərcüməçisini öz tərcümə aləti ilə birgə istifadə etməyə icazə verdi. Lakin ingilis dilində olmaya materiallar ilə işləyən redaktorlar üçün bu daha da böyük bir problem yaratmış oldu. Bu Vikipedianın maşın tərcüməsinə ehtiyacı barədə diskussiyaları yenidən canlandırdı.
Düzgün istifadə etdikdə avtomatik tərcümə redaktorların dəyərli vaxtına qənaət edə bilər. Əks halda isə nəticələr katastrofik ola bilərlər. Məsələn, protuqal Vikipedianın redaktoru məqalələrdən birində yolverilməz maşın təcüməsini aşkarladı. Bu məqalədə “village pump”(kənd quyusu) “bomb the village” (kəndi bombalamaq) sözünə çevrilmiş idi.
Avtomatik tərcümələr o qədər böyük bir problemə çevrildilər ki, Vikipedianın bəzi redaksiyalarında xüsusi qaydalar tərtib olunub. Bu qaydalara əsasən redaktorlar aşkarlanmış məqaləni tamamilə silə bilərlər. Silinməni asanlaşdırmaq üçün həta “X2. Tərcümə alətiylə yaradılmış səhifələr” kriteriyası da var.
Bluminqtonun İndian universitetində işləyən Professor Duqlas Xofştadter(Douglas Holfstadter) SZ-nin insan üçün  tərcümə edə biləcək qədər hazır olması fikrini səhv hesab edir.O, bu mövzu ilə əlaqədar yazdığı məqalədə qeyd edir ki, maşın tərcüməsi səthidir, SZ söz və cümlələrin dərin mənasını anlamadan tərcümə edir. Belə sistemlər böyük məlumat massivlərində statik bənzərlikləri araşdıraraq tərcümə etməyi öyrənirlər, bu isə o deməkdir ki, onları dilin bir çox nyuanslarına qarşı koranədirlər.
Vikipedianın problemi ondadır ki, onların maşın tərcüməsi redaktorlar tərəfindən ciddi nəzarətin olmasını tələb edir. Redaktorlar hər iki dili yaxşı bilməlidirlə. Lakin reallıq onu göstərir ki, bu həmişə belə olmur. Çünki məqalələr üzərində əsasən könüllü qeyripeşəkarlar işləyirlər. Bu istifadəçilər tez-tez avtomatik tərcümədən istifadə edirlər və məqalələrini heç bir resenziya olmadan dərc edirlər. Nəticədə biz keyfiyyətsiz tərcümə ilə üzləşirik. Bütün bunlar nəticədə Vikipedianın öz avtoritetini itirməsinə gətirə bilər.
Maşın tərcüməsini tənqid edənlər az deyil. İndoneziya Vikipediyası hətta Wikimedia Foundation təşkilatından maşın tərcüməsi alətini silmələrini rəsmi olaraq tələb edib. İstifadəçilərin çoxu isə əmindilər ki maşın heç vaxt tərcümə mövzusunda insanı əvəz edə bilməz.
İstinad: The Vergi
Terefsiz.az