Goranboy rayonunda qadın kürəkəni tərəfindən bıçaqlanıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Leyla İsgəndər qızı İsgəndərova ailədaxili münaqişə zəminində kürəkəni, 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynov tərəfindən bıçaqlanıb.
Dörd bıçaq xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
istinad:oxu.az