G Ö R Ü Ş
Səhərin havası Mədinəyə çox xoş idi. Əhvalının havası da nurlu havaya qarışmışdı.
Avtovağzalın yaxınlığnda marşurtdan düşüb cəld irəli addımlayaraq yolu o tərəfə keçdi. Telfonunu çantasından çıxarıb zəng etdi;
– Elmir, hardasan, gəlmirsən?
– Gəlirəm. Az qalıb. Çatıram.
– Tez ol, atam da bu gün rayondan gəlməlidir. Elə et o gəlib məni evdə görsun.
– Yaxşı.
– Səni avtovağzalda gözləyirəm. Dünən danışdığımız yerdəyəm.
Mədinə rayondan oxumağa gəlmişdi. İütisad univeristitetində ıkinci kursda oxuyurdu. Elmirlə də həmin məktəbdə tanış olmuşdular. Elmir də Mədinəgilin rayonlarından bir az uzaq, qonşu rayondan idi. Novruz bayramına yaxın olduğundan Elmir ilaxır çərşəmbə günü öz rayonlarına getmişdi. Bu gün martın 21 – də Novruz bayramını da Bakıda keçirməyi planlaşdırmışdı. Sabah kurs yoldaşları ilə şəhərə çıxıb gəzməli idilər. Mədinə də onunla şəhərə çıxmalı idi. Elmirə öyrəşən Mədinə bir neçə gündür onsuz darıxmışdı. Məktəb bağlandığından Elmiri hər gün olduğu kimi görə də bilmirdi. 4-5 günlük ayrılıq ona aylar qədər idi. İndi həm atasının rayondan gəlişi həm də evdən bayıra çıxa bilməyəcəyini hiss etdiyindən Elmiri görmək istəyirdi. Mədinə əmisigildə qalırdı. Elmir isə şəhərdə kirayə qalırdı.
Səbirsiz halda ətrafa göz gəzdirirdi. Bu anda telfonuna zəng gəldi. Zəng edən əmisinin həyat yoldaşı Tünzalə idi;
– Hə, bibi.
– Azz, hardasan?
– Gəlirəm indi.
– Ay qız, bəs mənə dedin. bir saata gəlirəm. İki saata yaxındır yoxsan.
– Bibi, o hələ yoldadi. Qoy gəlib çatsın, onunla görüşüb gəlirəm, nə olar?
Elmirlə Mədinənin məsələsindən xəbərdar olan Tünzalə bir qədər susub cavab verdi;
– Qızım, səni başa düşürəm. Amma atan şəhərə daha çatıb. O səni evdə, yanımda görməsə necə olacaq? Məktəb də yox, başqa gedib-gəldiyin yer də yoxdur ki, deyəm flan yerdədi.
Mədinə bibisinin haqli olduğunu başa düşürdü. Ürəyində ah çəkərək;
– Gəlrəm indi. Gözlə – deyib yenə Elmirə zəng etdi;
– Nə oldu? Atam da evə çatır. Sən çatmalydın axı.
Elmir;
– Mədiş, sən get evə, onda. Atan danlayar səni.
Mədinə qaşlarını çataraq əllərini yumruq halında bükdü. Dizinə vurub səsini ucaldaraq;
– Məni dolamısan, o nə deməkdi, Elmir? Bəs avtovağzala gəlmirsən?
– Yox, incimə qurban olum. Axşamçağı görüşərik.
– Off!
– Əsəbləşmə, işim çıxdı. Özüm səni görəcəm.
-Elmir! -Mədinənin gözləri yaşardı. Qəhərlənərək;- Mən səni indidən belə bir saat da gözləyərəm. Gəl avtovağzala, xahiş edirəm. Heç yana getmə, noolar?
– Sən get evə. Üzülmə, canım. Mənə görə istəmrəm atan səni danlaya. – deyə Elmir telfonu qapatdı. Mədinə bir neçə dəfə zəng edib “Elmir…Elmir”- desə də o telfonu açmadı.
Öz – özünə -“Fərsiz, Abırsız, bir də məni danışdırarsan, gözlə. Sənə yaxın da durmaram. Di get, öl. Hər şey qurtardı.” deyinərək kor-peşman halda evə qayıtdı. Ürəyində Elmirə nifrəti get-gedə artırdı. Göz yaşlarını ətirafdakılardan gizlətmək üçün əllərini tez-tez üzünə, gözünə çəkirdi. Hıçkırtısını kimsə eşitməsin deyə bir qədər kənarda gedirdi.
Əmisi gilə çatana yaxın küçədə bibisinin marketə girdiyini gördü. Birlikdə alver edib evə getdilər. Yolda başına gələnləri bibisinə danışan Mədinənin əsəbi heç soymamışdı. İki aydır görmədiyi atasının gəlişini də unutmuşdu. Amma bibisi Mədinənin Elmir haqqında fikirləşdikləri ilə razılaşmırdı. Mədinə -“deyəsən valdeyinıəri Elmirə rayonlarındakı qızı nişanlayıblar” fikri qızı rahatlıq vermirdi. Bir yandan da bibisi Elmirin müəyyən yerlərdəki Mədinəylə çəkdirdiyi şəkillərdən, tez-tez
məktəbdən əlavə başqa yerlərdə görüşməklərindən və aralarındakı yazışmalardan Elmirə etibar edirdi. O qıza “Yaqin nə isə olub, qızım. Sənə demək istəməyib. Həm də istəməyib atan səni danlasın. Bu gün sənə görüş də vəd edib. Ona görə də Elmirdən inciməyə tələsmə” dedi.
Mədinənin əsəbi olması inadkarlığına çevrilmişdi. “Elmirlə bir də barışmaram” deyirdi.
Həyat yoldaşı Qabil Tünzaləyə zəng etdi ki, Arif gəlib, tez gəl.
Nəhayət ikisi də gəlib binaya çatdılar. Mədinə evə getmək istəmirdi. Bibisi onu bir təhər dilə gətirdi. Hər ikisi tələsik pilləkənlərlə yuxarı çıxdlar. Əvvəl evə Tünzalə daxil oldu. Mədinə çox halsız, yorğun görünürdü. Tünzalə qonaq otağına girib qaynı ilə görüşmək istəyirdi ki, qaynının yanındakı oğlanı görüb əlini ağzına tutub dəhlizdə duran Mədinəyə baxdı. Bibisinin təccüblü baxışlarını görən Mədinə qonaq otağına girib baxanda təccübdən yerindəcə donub qaldı.
Elmir Mədinənin Atasının yanında bir masa arxasında oturmuşdular. Elmir də Mədinəni gördü. Beləcə hər üçü də susub durmuşdular. Təkçə Mədinənin atası Arif onları tanımadığı oğlanın evdə olmasına görə təccübləndiyini görüb məsələni anlatmağa çalışdı.
Üzünü Elmirə tutub dedi;
– Oğul, bunlardan biri qızım, biri isə qaynımın yoldaşıdır.
Sonra Tünzaləyə dedi;
– Bu oğlan sağ olsun, cox yaxşı oğlan imiş. Mənimlə yol-yoldaşı oldu. Yolda bir az söhbət etdik. Sumkalarım ağır olduğundan taksiyə minib bura gələnəcən mənə kömək etdi. Özü də harasa tələsirdi. Mən buraxmadım, evə gətirdim ki, yaxşılığının əvəzində bir stəkan çayimızdan içsin.
Hələ də şokda olan Mədinə az qaldı kı, atasını qoyub Elmirin qucağına atılsın. Bir neçə saatdan sonra əsl bayram gülüşlərinin səsi evi bürümüşdü.
Müəllif: Rəşad Məhəmmədoğlu
Terefsiz.az