“Greenpeace” və “WWF” G7 sammitini boykot etdi

0
168

Terefsiz.az saytı xəbər verir ki, “Greenpeace” və “WWF” (Vəhşi təbiət fondu) Biarrisdə (Fransa) keçiriləcək “Böyük yeddilik” ölkələri forumunu boykot etmək qərarına gəliblər.

Yelisey çölləri QHT-lər üçün nəzərdə tutulmuş akreditasiyaların sayını azaltmaq və onları sammitdən kənarda saxlamaq qərarına gəlib. Bu qərar təhlükəli presedent yaradır və biz onu qəbul edə bilmərik”, – deyə, ekoloqlar bildiriblər.

Qeyd olunur ki, Fransa hakimiyyəti ekologiya QHT-lərinin mətbuatı üçün cəmi 25 yer ayırıb və onları əsas danışıqların keçəcəyi “qırmızı zona”dan kənarda qoyub.

G7 sammiti 24-26 avqust tarixlərində Biarris şəhərində keçiriləcək.

Terefsiz.az