GTC 2019 konferensiyasında NVİDİA Aİ Playground meydançasını anons elədi.

0
454

GTC 2019 konferensiyasında NVİDİA Aİ Playground meydançasını anons elədi. Orada hər kəs şirkətin neyroşəbəkə layihələrini sınaqdan keçirə bilər.

LAYİHƏLƏR

Hələki yalnız üçü istifadəyə açıqdır:Image InPainting, Artistic Style Transfer və Photorealistic ImageSynthesis.

Birincisi nöqsanlı pikselləri olan və kəsilmiş hissəli şəkilləri bərpa edir və şəbəkə şəkil redaktəsi üçün də istifadə oluna bilir.

İkincisi bir şəkilin qrafik tərzini digərinə və ya videoya köçürə bilir.

Üçüncüsü isə videonun daxilindəki obyektləri dəyişdirmək imkanı verir.

Tezliklə bu siyahıya GTC 2019-da elan olunan GauGAN neyroşəbəkəsi də əlavə olunacaq. Şəbəkə sxematik şəkilləri realistik fotolara çevirə bilir.