Xaçmazda güclü külək nəticəsində işıq dirəyi aşıb.
Terefsiz.az-ın məlumatına görə, hadisə nəticəsində Dədəli kəndi işıqsız qalıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev saytımıza açıqlamasında bildirib ki, dünən rayon ərazisində başlayan güclü küləklə bağlı qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, rayonun elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib:
“ASC-nin əməkdaşları gecə boyunca qəzanın nəticələrini aradan qaldırmaqla məşğul olub. Əməkdaşlarımızın səyi nəticəsində Xaçmaz rayonunun Dədəli kəndi istisna olmaqla, bütün ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub”.
T.Mustafayevin sözlərinə görə, yaxın vaxtda Dədəli kəndinə elektrik enerjisinin verilişi bərpa ediləcək.
İlhamə Əbülfət
istinad:oxu.az