Gül sükutu pozdu: “Yaşananlar Türkiyəyə inama zərbə vurur”

0
324

Türkiyənin keçmiş prezidenti də dilə gəldi

Türkiyənin 11-ci prezidenti Abdulla Gül bələdiyyə seçkilərindən sonra Türkiyədə yaşananlara münasibət bildirib.

Terefsiz.az Habertürk-ə istinadən xəbər verir ki, seçkilərdən sonrakı vəziyyəti qiymətləndirən eks-prezident yaşananların daxildə və xaricdə Türkiyəyə olan inama ziyan vurduğunu deyib: “1950-ci ildən bu yana Türkiyədə keçirilən heç bir seçki bu qədər mübahisəli olmamışdı. Seçkilərin nəticələri ilə bağlı mübahisələrin daha da artması təəssüfləndiricidir”.

Qeyd edək ki, Gül daha öncə də çıxış edərək, AKP iqtidarını düzgün siyasət aparmağa çağırmışdı.

Terefsiz.az