Gürcüstan ötən il təbii qaza olan tələbatının 99,8%-ni idxal hesabına təmin edib.
Terefsiz.az xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının 2018-ci il üzrə hesabatında bildirilib.
Sənədə əsasən, 2018-ci ildə Gürcüstanda təbii qaza olan tələbat 3,2% azalıb ki, bu da qışın mülayim keçməsi ilə əlaqədar olub.
Hesabat ilində yaşayış və qeyri-yaşayış sahələrinin qazlaşdırılması prosesi davam etdirilib və ilin sonunda abunəçilərin sayı1 milyon 239 min 22-yə çatıb.
Ötən ilin dekabrın 31-nə olan məlumata əsasən, Gürcüstanda lisenziyalaşdırılmış 26 qazpaylayıcı şirkət fəaliyyət göstərib. Onların arasında əsas şirkətlər “KazTransQaz-Tbilisi” MMC, “SOCARGeorgia Gas” MMC və “Sakorqaz” SC-dir. Ölkə üzrə qaz paylanmasının 90%-i bu üç şirkətin payına düşüb.
İstinad: Report
Terefsiz.az