Gürcüstan hoküməti koronavirus pandemiyası ilə əlaqədar bir ay müddətinə fövqəladə vəziyyət elan edib.
“RİA Novosti” agentliyi bu haqda Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın açıqlamasına istinadən xəbər yayıb.
Qərar ölkənin prezidenti Salome Zurabişvili tərəfindən təsdiqlənməlidir.
Son məlumata əsasən, Gürcüstanda koronavirusa yoluxanların sayı 40 nəfərə çatıb.
istinad:oxu.az