Gürcüstanda fabrikdə kütləvi zəhərlənmə baş verib

0
110

Gürcüstanın Kobuleti şəhərində “Ajara Textile” tikiş fabrikinin xəstəxanaya yerləşdirilən əməkdaşların sayı 50-yə çatıb.

Bu barədə “Acarıstan” telekanalı məlumat yayıb.

Müəssisənin üç işçisi reanimasiya şöbəsindədir. Həkimlərin bildirdiyinə görə, pasiyentlərin hamısında eyni simptomlar – ümumi halsızlıq, başgicəllənməsi, ürək bulanması, sürətli ürək döyüntüsü müşahidə edilir. Zəhərlənməyə nəyin səbəb olduğu hələ dəqiq bilinmir.

Müəssisənin rəhbərliyindən bildirilib ki, fabrik ərazisində yalnız mətbəx təbii qazla təmin olunur və bu səbəbdən işçilərin qazla zəhərləndiyi istisna edilir.

Fabrikdə iş prosesi dayandırılıb, yoxlamalar aparılır. Müvafiq qurumların nümayəndələri hadisənin səbəblərini araşdırırlar.

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti şəhərində fəaliyyət göstərən “Ajara Textile” tikiş fabrikində qaz sızması baş verib.

terefsiz.az