Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.
“Terefsiz.az” “Report”a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nzirliyindən (DİN) bildirilib.
İlkin məlumatlara əsasən, helikopterdə 5 nəfər – iki pilot və üç xilasedici olub.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
DİN daha ətraflı məlumat yayacaq.
Qeyd edək ki, helikopter Qudauriyə paraplanın qəzaya uğraması nəticəsində xəsarət alanların xilas edilməsi üçün yollanıb.