Gürcüstanın Çiatura şəhərində mədənçilərin tətili 11-ci gündür davam edir.
Terefsiz.az xəbər verir ki, bu gün tətilə şəhərin məktəb direktorları və şagirdləri də qoşulublar.
“Gürcüstan manqanı” şirkəti bəyanat yayaraq, mədənçiləri konstruktiv danışıqlar aparmağa çağırıb. Şirkət mədənçilərə əməkhaqlarının tədricən artırılmasını təklif etsə də, mədənçilər təklifi rədd ediblər.
Qeyd edək ki, mədənçilər əməkhaqlarının 50 faiz artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Mədənçilərin bəziləri aclıq aksiyası keçirir.
İstinad: Report.az
Terefsiz.az