“Guya arvadın ondan artıqdır?” deyən dostunu öldürdü – 15 illik həbs

0
317

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Teredsiz.az xəbər verir ki, B.Əhmədov dostu Fikrət Salmanovu bıçaqla qətlə yetirib.

Onların arasında mübahisə F.Salmanovun ona “polisə arxada oturan qızın arvadın olduğunu deyərsən” sözündən sonra olub. B.Əhmədov buna etiraz edən zaman F.Salmanov “guya sənin arvadın ondan artıqdır?” deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub.

Nəticədə, B.Əhmədov dostunu öldürüb. B.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B.Əhmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İstinad: Oxu.az

Terefsiz.az