Güzəştli mənzillərin seçim prosesi başa çatıb.
Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçim prosesi başa çatıb.
İlk mənzil sistem aktiv ediləndən 31 saniyə sonra seçilib.
MİDA-nın təxirə salınmış mənzil seçimi zamanı təqdim olunan mənzillərin hamısı artıq seçilib. Artıq 600-dən çox mənzil üzrə müqavilələr imzalanıb.
Yaşayış kompleksində yerləşən 14 saylı binada yerləşən 27 mənzil tikinti prosesində iştirak etmiş investora təqdim edilib. Həmin şirkət qeyd edilən sayda mənzili bazar qiymətlərinə uyğun sərbəst şəkildə satacaq.
Seçilmiş mənzillər üzrə müqavilələr növbəti günün sonunadək imzalana bilər. Bu səbəbdən də bir sıra vətəndaşlar müqavilələri imzalamağa tələsmir.
Mənzillərin seçim prosesi bir neçə dəqiqədə başa çatıb. 25 dəqiqə ərzində isə 815 mənzildən 700-ə qədəri üzrə müqavilələr imzalanıb.
MİDA seçim prosesinin dəqiq neçə saniyədə başa çatması barədə əlavə ətraflı məlumat yayacaq.