Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub.
Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, leysan yağışları qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradıb:
“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.
İstinad: Trend.az
Terefsiz.az