Gənc fotoqraf Coşqun Süleymanovun sərgisi keçirildi – FOTO

0
536

TEREFSİZ.AZ saytı xəbər verir ki, gənc fotoqraf Coşgun Süleymanovun növbəti dəfə fotosərgisi keçirildi.

 

 

Sərgi “Joshgunstreet” adlanır.

 

 

 

Sərgi kapitalizm və onun qurbanları, işsizlik haqqındadır. Fotoqraf maddi sıxıntılar və problemlərə toxunmaq istəyib. Həmçinin küçə heyvanlarına zorakılıqdan, onlara qarşı tətbiq edilən vəhşilik insanların diqqətinə çatdırılıb.

 

 

 

Fotolar müxtəlif aylarda, illərdə çəkilib və bundan əlavə, sərgidə fotoqrafın mobil telefonla da çəkdiyi fotoları da görmək mümkün olub.

 

 

 

 

Sərgi 28.10.2020-ci il tarixində ADO Teatrında 13:00-dan 19:30 kimi keçirilib.

 

 

Coşqun Süleymanov 1987-ci ildə Qərbi Azərbaycanda dünyaya gəlib. 10 ildən artıqdır ki, fotoqrafiya ilə məşğuldur. Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.