Gəncədə jurnalistlər Əsgər ağa Goranini yad ediblər – VİDEO

0
138

Bu gün Gəncədə fəaliyyət göstərən jurnalistlər ənənəvi olaraq Həsən bəy Zərdabinin məsləkdaşlarından biri, görkəmli maarifçi, ictimai xadim və Azərbaycanın ilk jurnalistlərindən olan Əsgər ağa Goraninin məzarını ziyarət ediblər.

Vaxtilə həm də Gəncə şəhər bələdiyyəsinin sədri işləyən Əsgər ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə şəhərdə qızlar üçün dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub.

Əsgər ağa Gorani “Əkinçi”nin ən fəal, hadisələrə dəqiq, doğru münasibət bildirən yazarlarından olub. Qəzetin 17 nömrəsində onun 39 məqaləsi dərc edilib.

Əsgər ağa Adıgözəlov 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olub, 1910-cu ildə vəfat edib və Gəncədə yerləşən “Səbzikar” qəbiristanlığında dəfn olunub.

Terefsiz.az