Həbib Makqreqorla döyüşünün şərtini açıqladı

0
170

UFC kəməri üçün təkrar döyüşümü xatırlayıram. Onda artıq 9-10 döyüş keçirmişdim. Əgər Makqreqor ardıcıl 10 döyüşdə qalib gəlsə, onda onunla görüşməyim mümkündür.

Terefsiz.az xəbər verir ki, Həbib Nurməhəmmədov açıqlamasında Konor Makqreqorla təkrar döyüşün şərtlərini açıqlayıb.

Dağıstanlı döyüşçü martda Las-Veqasda döyüş keçirmək üçün də şərtinin olduğunu bildirib. O, ötən ilin oktyabrın 6-da Las Veqasda Konor Makqreqorla görüşdən sonra Nevada Ştat Atletika Komissiyası tərəfindən cərimələməsindən narazıdır. Bu səbəbdən o, Toni Ferqyusonla döyüşünü Las Veqasda yox, Nyu-Yorkda keçirməkdə maraqlıdır:

“Onlar (UFC) mənə martda Las-Veqasda döyüşməyi təklif edib. Amma mən demişəm ki, Las-Veqas məndən rəsmi şəkildə səhv cərimələməyə görə üzr istəsə, onda mən orada döyüş keçirərəm.

Əgər üzr istəməsələr, onda mənim döyüşümü başqa tarixə salsınlar. Bildiyim qədərilə, onlar apreldə Nyu-Yorkda döyüş keçirməyi planlaşdırır. Üzrxahlıq olmasa, mən apreldəki döyüşə hazıram”.

Qeyd edək ki, Konor Makqreqor Moskvada keçirdiyi mətbuat konfransında yanvarın 18-də oktaqona qayıdacağını açıqlayıb. Onun rəqibi bilinməsə də, bunun Castin Qeyci və ya Donald Sirouni olacağı gözlənilir. Lakin irlandiyalı döyüşçünün özü bir həftə əvvəl Neyt Diası xal hesabı ilə məğlub etmiş Xorxe Masvidalla görüşmək istəyir.

Səbuhi Musayev

istinad:oxu.az