Hərbiçilərə veriləcək təqaüdlər məlum oldu.

0
254

TEREFSİZ.AZ saytı xəbər verir ki, Azərbaycanın bütövlüyü uğrunda şəhid olan şəxslərin ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləği məlum olub.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov məlumat verib.

 

Onun sözlərinə görə, şəhid ailəsinin şəxsin şəhid statusu müəyyən edildiyi gündən aylıq məbləği 300 manat olan təqaüd almaq hüququ var.

 

“Eyni zamanda, müharibə zamanı əlilliyi olan şəxslərə I, II və III dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təqaüd müəyyən edilib”, – deyə o qeyd edib.

 

TEREFSİZ.AZ