Haaqada deputatlar Rusiya ilə bağlı tribunalın yaradılmasını dəstəkləyiblər

0
72

Niderlandın Haaqa Şəhərinin Şurasının deputatları Rusiya ilə bağlı tribunalın yaradılmasını dəstəkləyiblər.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Millət vəkilləri Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri Lotte van Basten Batenburqun Rusiya ilə bağlı xüsusi tribunal yaratmaq təşəbbüsünü dəstəkləyiblər.

Təşəbbüsdə deyilir ki, əvvəllər bu cür tribunallar Ruanda və Yuqoslaviya üçün qurulub.

“Bizim Ukrayna üçün müharibədə törədilən cinayətləri və vəhşilikləri araşdıracaq, eləcə də mühakimə ilə məşğul olacaq xüsusi tribunala ev sahibliyi etmək üçün təcrübəmiz var”, – Lotte van Basten Batenburq deyib.

Şəhər Şurasının demək olar ki, bütün üzvləri onun təklifini dəstəkləyiblər.

Xatırladaq ki, bundan əvvəl NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı təcavüzü üzrə xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edib.

terefsiz.az