Hamilə qadınların yayda rastlaşdığı problem – NƏ ETMƏLİ?

0
176

Yay ayları hamilə qadınlar üçün ikiqat çətin keçir. Bir sıra xəstəliklər özünü göstərməyə başlayır.

Terefsiz.az xəbər verir ki, buna səbəb hormonların dəyişməsi,qidalanma dəyişikliyi və stressdir.

Hamilə qadınların yay aylarında ən çox əziyyət çəkdiyi ishal problemi geniş yayılıb. Bunun əsas səbəbləri hamiləliklə əlaqəsi olmayan virus, bakteriya, mədə qripi (soyuqdəyməsi), bağırsaq parazitləri, zəhərlənmə, bəzi dərmanlar ola bilər.

Hamilə qadınlarda immunitet zəiflədiyindən qida rasionuna önəm vermək əsas şərtdir. Amma allergiya və ya əsk təsir yaradan qidalardan uzaq durmaq məsləhətdir. 3-4 gündən çox davam edən ishal artıq həkim nəzarəti ilə müalicə olunmalıdır. Bu müddətdə yağlı, qızartma və lifli qidalardan uzaq durmalısınız.

İstinad: Publika.az

Terefsiz.az