Hansı halda pişik və itdən koronavirusa yoluxa bilərsiniz?

0
147

Ev heyvanları nadir hallarda koronavirusa yoluxa bilərlər, ancaq bu virusu bədənlərində daşımaları mümkündür.

Bu barədə ali kateqoriyalı baytar həkimi Mixail Şelyakov RT-yə bildirib.

Onun sözlərinə görə, dünyada heyvanlara insanlardan koronavirusun ötürülməsi hallarına nadir rast gəlinir, bu səbəbdən onların virus daşıyıcısı kimi rolu çox şişirdilib. Ev heyvanlarının özünün koronavirusu var və bəzən onların həyatı üçün təhlükə yaradır. Həmin viruslar insanlar üçün təhlükəsizdir.

Bununla belə, ev heyvanları infeksiya ötürməsində xarici amil kimi rol oynaya bilər. Belə ki, koronavirus uzun müddət heyvanın tükündə qala bilir.

“Məsələn, siz itinizlə küçədə gəzməyə çıxmısınız, o isə koronavirusa yoluxmuş şəxsə yaxınlaşıb. Siz evə gəldikdən və övladınız onu sığallayandan sonra əlini üzünə toxundurduqda, yoluxma baş verə bilər”, – deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, yoluxmadan qorunmaq üçün  ev heyvanlarının gigiyenasına diqqət yetirilməli, profilaktik peyvəndlər vurdurmalıdır.

Şelyakov həmçinin ev heyvanlarını öpməməyi tövsiyə edib.

 

istinad:oxu.az