TEREFSİZ.AZ saytı xəbər verir ki, İngiltərə çempionatının 30-cu turu çərçivəsində “Sent Ceyms Park” stadionunda keçirilən “Nyukasl Yunayted”-“Tottenhem” oyununda yeni rekord qeydə alınıb.
“Championat” portalının məlumatına görə, qonaqların hücumçusu Harri Keyn matçda dubl edərək klubun heyətində öz qollarının sayını 84-ə çatdırıb.
Bununla da forvard “Mançester Yunayted”in heyətində 82 qola imza atan Ueyn Runinin rekordunu yeniləyib.
Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb.