Harvard alimlərindən ÜST-ə sərt reaksiya – kim düzünü danışır?

0
294

Harvard Universitetinin alimləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) virusun asimptomatik (simptomları olmayan) insanlardan ötürülməsinin çox nadir olduğu barədə açıqlamasına sərt reaksiya göstəriblər.

Terefsiz.az Cebhe.info-ya istinadən xəbər verir ki, elm adamları, ÜST-ü “ictimaiyyəti səhv məlumatlandırmaq”la günahlandırıb.

ÜST isə açıqlamasını geri götürüb və səhv başa düşüldüyünü iddia edib.

Qeyd edək ki, ÜST-nin koronavirusa qarşı mübarizə komandasının lideri Maria Van Kerkov COVID-19-un necə ötürüldüyü ilə bağlı fərqli ölkələrin məlumatlarını araşdırdıqlarını və asimptomatik şəxslərdən virusun ötürülməsinin çox nadir olduğunu söyləmişdi.

Bu reaksiyalardan sonra təkrar açıqlama verən Kerkov səhv başa düşüldüklərini və simptomu olmayan xəstələrin də virusu yaydığını söyləyib.