Hataydan Bakıya gələn qadın: “Üç gün çadırda qalandan sonra Azərbaycana təxliyə edildim”

0
181

“Hatayın Hassa ilçəsindən Bakıya fevralın 10-da gəldik”.

“Terefsiz.az” xəbər verir ki,bunu “Report”a açıqlamasında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Fəridə Aksoy deyib.

O, Türkiyə vətəndaşı ilə ailə qurduğunu, 5 ildir qardaş ölkədə yaşadığını bildirib:

“Zəlzələ baş verəndə şok vəziyyətində idik. Evdə məndən başqa həyat yoldaşım, körpə oğlum və qayınanam var idi. Əvvəlcə düşündük ki, əvvəlki titrəyiş kimi keçəcək. Lakin güclü təkan oldu. Evlərimiz yararsız halda düşdü. Şükürlər olsun ki, canımızı qurtara bildik. Hər şeyimiz evdə qaldı, ayaqyalın çıxdıq. Həyat iflic vəziyyətdə idi, tələfat, itkilər ürəyimi dağladı”.

F.Aksoy 3 gün çadırlarda qaldıqdan sonra Azərbaycana təxliyə olunduğunu bildirib:

“Hazırda atamgildə qalıram. Heydər Əliyev adına İdman-Konsert Kompleksinə gəldim. Xahiş etdim ki, bizə geyimlər versinlər. Bura gələndə həyat yoldaşım evlilik üzüyünü mənə verdi ki, çətinlik çəksən sat”.

terefsiz.az