Hava şəraiti iyunun 3-dək qeyri-sabit keçəcək, yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

0
200

Azərbaycan rayonlarında iyunun 3-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ayrı-ayrı rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

terefsiz.az