- Higuain millidən getdi!
Çelsi”nin futbolçusu Qonzalo Hiquain Argentina millisindəki karyerasını başa vurub.
Terefsiz.az-ın məlumatına görə, bu barədə 31 yaşlı hücumçu “Fox Sports”a açıqlamasında deyib: “Çox düşündüm və millidən getmək zamanının gəldiyinə qərar verdim”.Qeyd edək ki, Hiquain Argentina millisində 75 matçda 31 qol vurub.