Terefsiz.az saytı xəbər verir ki, Hindistan ABŞ-dan gətirilən 28 növ mala əlavə rüsum tətbiq edib. Maliyyə Nazirliyinin hazırladığı sənəd Gazette of India portalında dərc edilib.
İyunun 16-dan etibarən tətbiq olunacaq rüsumlar alma və qoz kimi meyvələrə şamil ediləcək.
Daha öncə ABŞ prezidentinin Hindistan və Türkiyənin ticarət güzəştlərini ləğv etməsi barədə məlumat verilmişdi. Ağ Ev “Hindistanı bərabər və qəbuledilən qaydada bazarlara girişi təmin etməməkdə” ittiham eləmişdi. Türkiyə isə “ölkənin iqtisadi səviyyəsi” bəhanə gətirilərək güzəştlərdən məhrum edilib.
Ötən il ABŞ Hindistan mallarına əlavə rüsum tətbiq etdikdən sonra, Hindistan buna cavab tədbirləri görəcəyini bəyan etmişdi.
Terefsiz.az