Hindistan zəlzələdən zərər çəkmiş Suriyaya 23 tondan çox humanitar yardım çatdırıb.
“Terefsiz.az” xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi tviterdə bildirib.
Suriyaya yardım Hindistanın “Dost” adlı əməliyyatı çərçivəsində həyata keçirilir.
“Dost əməliyyatının yeddinci uçuşu Suriyaya generator dəstləri, günəş lampaları, dərmanlar və digər zəruri yardım ləvazimatları göndərilib.
Son məlumatlara görə, Suriyada zəlzələ qurbanlarının sayı 3 162 nəfərə çatıb. Təbii fəlakət zamanı daha 2 200 nəfərdən çox insan yaralanıb.