Hindistanda “Fani” qasırğası qurbanlarının sayı 33 nəfərə çatıb

0
274

Hindistanda “Fani” qasırğası qurbanlarının sayı 33 nəfərə çatıb.

Terefsiz.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilir ki, təbii hadisə zamanı ölkənin şərqindəki Odişa ştatında daha 300 nəfər xəsarət alıb.

Hazırda təbii hadisənin nəticələrinin aradan qaldırılmasına 60 mindən çox insan cəlb edilib. Bu istiqamətdə işlər ştatın 52 şəhərinin 10 min kəndində aparılır.

İlkin hesablamalara görə, qasırğa ölkəyə 12 milyard rupi (137,5 milyon dollar) zərər vurub.

İstinad: İzvestiya.ru

Terefsiz.az