Hindistanda karantin qaydalarını pozan turistləri belə cəzalandırdılar – FOTO

0
97

Hindistanda karantin qaydalarını pozan turistləri yazılı qaydada 500 dəfə üzr istəməyə məcbur ediblər.

“ANI” kanalı xəbər verir ki, hadisə Uttarakhand ştatının Rişikeş şəhərində baş verib.

Yerli polis Qanq çayının sahilində gəzən 10 turisti saxlayıb.

Qaydaları pozduqlarına görə turistlər 500 dəfə “Üzr istəyirəm, mən təcrid qaydalarına riayət etməmişəm” sözlərini yazmalı olublar.