Terefsiz.az saytı xəbər verir ki, Hindistanın üç ştatında leysan yağışları nəticəsində yaranan sel 100-dən artıq insanın həyatına son qoyub.
Bu barədə “Xinhua” agentliyi yazır.
Bir müddət öncə Hindistanın cənub ştatı Keralda 17, qərb ştatı Maharaştrada isə 16 nəfərin mussonun qurbanı olduğu bildirib.
Agentliyin məlumatına əsasən, Keralda ölənlərin sayı 51 nəfərə çatıb, 100 mindən artıq insan isə təxliyə edilib.
Maharaştra və Karnataka ştatlarında isə müvafiq olaraq 29 və 24 nəfər həlak olub.
Terefsiz.az