Hindistanda yaşayan kişinin bütün bədəni xoşxassəli şişlə örtülüb – FOTO

0
178

Hindistanda yaşayan təqaüdçünün bütün bədəni xoşxassəli şişlərlə örtülüb.

Terefsiz.az Ren.tv-yə istinadən xəbər verir ki, onun xəstəlik tarixçəsi barədə yerli KİV-lər məlumat yayıb.

65 yaşlı fermer Divakar Bizoyunun bədənində dörd böyük və minlərlə kiçik xoşxassəli şiş var. Bu anomaliyanın səbəbi nadir genetik xəstəlik neyrofibromatozdur. Sözügedən xəstəlik müxtəlif sinirlər boyunca şişlərin böyüməsinə, sümük və dəri kimi qeyri-sinir toxumalarının inkişafına təsir göstərir.

Xəstənin bədənində ilk şişlər 15 il öncə yaranmağa başlayıb. Lakin yalnız bir neçə ay öncə sürətlə inkişaf edib.

Divakar Bizoy yerli həkimlərin onu müalicə edə biləcəyinə ümid etmədiyini söyləyib. 65 yaşlı kişi yeganə çarəni şişlərin cərrahi yolla götürülməsində görür.

istinad:oxu.az