Hondurasın Roatan adası sahillərində özəl təyyarə qəzaya uğrayıb.
Terefsiz.az -ın “Reuters”ə istinadən verdiyi məlumata görə, təyyarə hava qalxdıqdan bir qədər sonra dənizə düşüb.
Bildirilir ki, qəza nəticəsində 5 xarici ölkələrdən olan turist həlak olub.
Ölkənin Silahlıq Qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada həlak olanlardan 4-ü ABŞ vətəndaşıdır, lakin yerli hakimiyyət orqanlarından qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirirlər.
Qəzada həlak olan 5-ci turistin vətəndaşlığı barədə məlumat yoxdur.
Qəzanın səbəbi məlum deyil.
Terefsiz.az