“Hörümçək adamın” ssenaristi dünyasını dəyişdi

0
309

“Hörümçək adamın” ssenaristi dünyasını dəyişdi

Terefsiz.az saytı xəbər verir ki, Amerikalı ssenarist Elvin Sarcent 92 yaşında dünyasını dəyişib. 

Məlumata əsasən, Sarcent Sietl şəhərində təbii səbəblərdən dünyasını dəyişib. Məlumatı ssenaristin nümayəndələri təsdiqləyiblər.

Elvin Sarcent 1927-ci ildə aprelin 12-də Filadelfiyada anadan olub. O daha çox “Adi adamlar” və “Culia” filmləri ilə tanınır. Qeyd edək ki, hər iki filmin ssenarisinə görə Sarcent “Oskar”-a layiq görülüb. O, həmçinin “Hörümçək adam 2”, “Hörümçək adam: Əks olunmuş düşmən” və “Yeni Hörümçək adam” filmlərinin müəllifidir.

Terefsiz.az